BURADA REKLAMINIZ OLA
BİLƏR

Diasporla İş üzrə Dövlət Komitəsi yalanlar üzərində işini davam etdirir - TƏNQİD

Belçikada yaşayan diaspora fəalı, “Belçika Azərbaycan Evi”nin sədri Bülənt Gürcam özünün feysbuk səhifəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininfəaliyyətini sərt şəkildə tənqid edib.

 

Pravda.az-ın xəbərinə görə, Bülənt Gürcam Diasporla İş üzrə Dövlət Komitəsinin 17 illik fəaliyyətinin səmərəsiz olduğunu bildirib:

 

“Tam 17 ildir – Nazim İbrahimovun yalanlar və saxta işlərlə idarə etdiyi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yenə də eyni yalanlar üzərində işini davam etdirir. Bütün işlər saxtadır və gözdən pərdə asmağa yönəlib. Məncə, Diaspora Komitəsinin normal fəaliyyət göstərməsi heç kimin işinə yaramır”.

Tarix: 14 Noyabr 2019, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin