BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Azərbaycandan Ermənistana gedəcək jurnalistlər də qələt edirlər”

Milli Məclisin deputatı Aqil Abbas noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya edəcəyi səfərdən danışıb.

 

Pravda.az xəbər verir ki, deputat Demokrat.az-a açıqlamasında ermənilərin Bakıya səfərinə müsbət baxmadığını bildirib:

 

"Mən bu barədə dəfələrlə fikir bildirmişəm. Bu cür səfərlərə müsbət baxmıram. Biz Ermənistanla müharibə şəraitində olan dövlətik. Böyük Vətən Müharibəsi zamanı almanlar Moskvaya və yaxud da ruslar Almaniyaya gedə bilərdilər? Ona görə də bu cür səfərlər bir oyundur, "sülh" adı ilə oyun oynayırlar. Konkret olaraq deyirəm ki, erməni jurnalistlər qələt edib Azərbaycana gəlirlər. Azərbaycandan Ermənistana gedəcək jurnalistlər də qələt edirlər".

Tarix: 14 Noyabr 2019, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin