BURADA REKLAMINIZ OLA
BİLƏR

“Alfa-Playstation club” cərimələndi

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən  "Alfa-playstation club” oyun zalı aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, “Alfa-Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

Tarix: 11 Yanvar 2021, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin