BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda təcili yardım avtomobili qatarla toqquşdu, sürücünün ayağı amputasiya olundu

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.


Pravda.az-ın xəbərinə görə, hadisə Qala yolu kimi tanınan ərazidə baş verib.

Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar.

Yaralılar - həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Sürücü M.Kərimovun ayağı amputasiya olunub.APA

Tarix: 5 Yanvar 2020, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin