BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya Süleymaninin öldürülməsini dəstəklədi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ABŞ "beynəlxalq qanunlara uyğun olaraq" İran generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi hüququna malik idi, çünki bu addım özünümüdafiə üçün atılıb.

 

Pravda.az-ın xəbərinə görə, nazir bildirib ki, beynəlxalq qanunlara uyğun olaraq Birləşmiş Ştatlar özünü vətəndaşlarına bilavasitə təhlükə törədənlərdən müdafiə etmək hüququna malikdir.

 

Uollesin bu bəyanatı amerikalı həmkarı Mark Esperlə telefon danışığının nəticəsinə əsasən yayılıb.

 

Britaniya naziri regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin hərb gəmilərini Hörmüz boğazı ərazisindəki ticarət gəmilərinin mühafizəsinə yönəltdiyini təsdiqləyib.

 

Ben Uollesin sözlərinə görə, o, “HMS Montrose and HMS Defender” gəmilərinə Yaxın Şərq ərazisində çıxışa hazırlıq haqqında əmr verib.

Tarix: 5 Yanvar 2020, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin