BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorillalarda koronavirus aşkarlandı

ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo Safari Parkında 2 qorilla üzərində aparılan koronavirus testinin müsbət nəticələndiyi açıqlanıb.

 

Pravda.az xəbər verir ki, 6 yanvarda heyvanlar öskürməyə başladıqdan sonra Kaliforniya Heyvan Sağlamlığı və Qida Təhlükəsizliyi Laboratoriya Sistemi (CAHFS) tərəfindən “COVID-19” testi götürülüb.

 

Qorillalardan alınan nümunələr ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) bağlı Milli Baytarlıq Xidmətləri Laboratoriyalarına (NVSL) göndərilib.

 

8 yanvarda aparılan ilkin testlər nəticəsində məlum olub ki, ilk dəfə olaraq qorillalar koronavirusa yoluxub.

 

Hətta onlarda koronavirusun mutasiyaya uğramış yeni növü “SARS-CoV-2 2” də ortaya çıxıb.

Tarix: 12 Yanvar 2021, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin