BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın havası AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-10° isti, Bakıda  gecə 4-6° isti, gündüz  8-10° isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 767 mm  civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70% olacaq.  

 

Yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

Sabah Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Bəzi  yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  7-12°  isti,  dağlarda gecə 5-10° şaxta, gündüz  1-6° isti olacaq.

 

Tarix: 5 Yanvar 2020, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin