Tramp Baydenə xəbərdarlıq etdi

ABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər.

 

Pravda.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun ”, - deyə Donald Tramp vurğulayıb.

 

ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci düzəlişinə əsasən ölkə prezidenti Donald Trampı bacarıqsız elan edə bilər. Artıq bir çox demokrat senatorlar bu düzəlişdən istifadə üçün Mayk Pensə müraciət ediblər.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub.Report

Tarix: 13 Yanvar 2021, 01:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin