Koronavirusla bağlı fövqəladə iclas keçiriləcək - TƏCİLİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı fövqəladə komitənin iclasında dünyada COVID-19-la bağlı vəziyyəti müzakirə edəcək.

 

Bu barədə Pravda.az təşkilatın mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir.

 

Qeyd edilir ki, növbəti iclas 2020-ci ilin 22 yanvarından bu günə kimi keçirilən altıncı toplantı olacaq. İclasın nəticələrinə əsasən ÜST-ün baş direktoruna və üzv ökələrə vəziyyətin nizama salınması üzrə tövsiyələr veriləcək.

 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Report

Tarix: 14 Yanvar 2021, 00:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin