BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan kimi düzgün seçki keçirən çox az sayda ölkəyə rast gəlmək olar” – “Kimsə Rəsulzadə haqqında söz deyə bilməz”

“Dünyanın heç bir yerində uduzan tərəf demir ki, seçkilər demokratik keçirilib. ABŞ Prezidenti Donald Tramp gözümüzün qabağındadır, uduzub, amma əl çəkmir. Bir çox ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. Ukrayna, Gürcüstan, Özbəkistanda, Şərqi Avropa ölkələrinda seçkiləri müşahidə etmişəm. İnanın Azərbaycandakı kimi seçki məntəqələri olan, düzgün seçki keçirən çox az sayda ölkələrə rast gəlmək olar. Xaricdən Azərbaycana təzyiq vasitəsi kimi bu məsələni qabardırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov APA TV-də deyib.

 

S.Novruzov tarixi şəxsiyyətlərin müzakirə edilməsi məsələsinə də münasibət bildirib: “Biz tariximizi araşdırmasaq, öyrənməsək, gələcəyə qiymət verə bilmərik. Vaxtilə Elçibəyin əleyhinə olanlar, partiyasını mənimsəyənlər onun adından istifadə edirlər ki, yolumuz Elçibəy, Məhəmməd Əmin Rəsulzadə yoludur. Parlamentdə də dəfələrlə demişəm ki, tarixi şəxsiyyətlər toxunulmazdır. Demişəm ki, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli haqqında söz deyə bilməz. O insanlar demokratik cümhuriyyəti qurublar, kökümüzdür. Müstəqilliyimizi elan edəndə, həmin dövlətin varisi kimi elan etdik. Hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövləti qurdu, möhkəmləndirdi. Tarixi şəxsiyyətləri bir-birinə qarşı əks qoymalı deyilik”.

 

Kənan

Tarix: 14 Yanvar 2021, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin