BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ hərbi bazasına hücum olub - FOTO - VİDEO

Keniyanın Lamu bölgəsindəki "Manda" uçuş-enmə zolağına terrorçuların hücumu olub. Bir neçə qrup keniyalı hərbçilərlə atışmaya başlayıb. Terrorçuların məqsədi uçuş-enmə zolağını ələ keçirmək, sonra isə beynəlxalq kontingentin, o cümlədən ABŞ Hərbi-Hava Qüvvələrinin istifadə etdiyi "Camp Simba" bazasına girmək idi.

 

Pravda.az-ın xəbərinə görə, hücumdan əvvəl terroçular bazanın elektrik təminatını pozublar.

 

Hücum zamanı terrorçular yanacaq anbarını yandırıblar, ABŞ HHQ-nin iki təyyarəsini və iki helikopterini yandırıblar. ABŞ hərbçilərinin dediklərinə görə, bu aviavasitələrin üçü istifadə üçün yararsızdı.

 

Keniya Müdafiə Nazirliyinin yaydığı məlumatğa görə, baza müdafiə olunub, 4 terrorçu məhv edilib.

 

Hücumu gerçəkləşdirən "Əş Şəbab" terror qruplaşmasının yaydığı bəyanatda isə vurtulanır ki, bazaya "elitar dəstə" yönəlibmiş. Milli.Az

Fotoları təqdim edirik
Tarix: 5 Yanvar 2020, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin