“Putini sevirəm” - Ulduz müğənni

Rusiyanın qalmaqallı şou ulduzu Olqa Buzova Prezident Vladimir Putinə aşiq olduğunu etiraf edib.

 

Pravda.az xarici mətbuata istinadən xəbər verir ki, canlı yayımda qonaq olan sənətçi Putinlə görüşmək imkanı olarsa ona deyəcəklərini açıqlayıb:

 

“Mən onunla görüşə hazırlaşmaq üçün uzun müddət vaxt sərf edərdim, çünki xoş təsir bağışlamaq istəyirəm. Ancaq Vladimir Vladimiroviç indi studiyaya girsəydi ondan “Məni tanıyırsınız? Mənə qarşı münasibətiniz necədir?  -, deyə soruşardım.

 

34 yaşlı ifaçı bir vaxtlar Rusiya prezidentinin onun üçün ideal kişi obrazı olduğunu açıqlayıb:   “Düşünürəm ki, bir çox qız ölkəmizin ecazkar başçısına aşiq olub”.

Tarix: 15 Yanvar 2021, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin