BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Prezidentin Şuşaya səfəri ev sahibinin kim olmasının göstəricisidir”

“Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfəri çox əhəmiyyətli addımdır. Hələ də təhlükə altında olan ərazilərə ölkə başçısının getməsi həmin ərazilərin Azərbaycana məxsus olmasının bir daha nümayişi idi. Bu, ev sahibinin kim olmasının göstəricisidir”.

 

Bunu Pravda.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

 

T.Abbaslı bildirib ki, Prezidentin Şuşaya getməsi qalib komandanın səfəri kimi qiymətləndirilməlidir: “İşğaldan azad edilən ərazilərdə edilən çıxış Rusiya, Ermənistana və digər dövlətlərə mesaj idi. Füzuli-Şuşa yolu çəkildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev əraziyə, çox güman ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla gedəcək. Arzu edirik ki, Ali Baş Komandan Xankəndiyə getsin. Prezidentin bu əraziləri ziyarət etməsi alqışlanmalıdır”.

 

O qeyd edib ki, işğaldan azad edilən ərazilərə səfər etmək arzusundadır: “O yerlər bizim üçün müqəddəsdir, 30 ilə yaxın həsrətlə yaşamışıq. Yaxşı olardı ki, partiya sədri kimi həmin ərazilərə gedib ziyarət edim. Amma bu, xüsusi icazə əsasında mümkün olur. Çünki həmin ərazilər təhlükəlidir. İqtidar müxalif partiya sədrlərinin səfərini təşkil etsə, məmnuniyyətlə iştirak edərik. Biz ora səfər etməklə bir daha milli birlik mesajı verə bilərik.”

 

Kənan

Tarix: 16 Yanvar 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin