Reklam

Dənizə düşən şəxs xilas edildi

Bakının Xətai rayonunda gənc oğlan dənizə düşüb.


Pravda.az xəbər verir ki, hadisə Ağ Şəhər bulvarında baş verib.


28 yaşlı Əbilov Cabir Hakim oğlunun hansı şəraitdə dənizə düşdüyü məlum deyil. O, ətrafdakı sakinlərin köməkliyi ilə dənizdən çıxarılıb. C.Əbilov 1 saylı Xəstəxanaya çatdırılıb.


Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Tarix: 5 Yanvar 2020, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin