Hakim partiyaya yeni sədr seçiləcək - Gürcüstanda

Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı keçiriləcək.

 

Pravda.az xəbər verir ki, 400-ə yaxın nümayəndənin iştirak edəcəyi toplantıda yeni sədr və siyasi şuraya 21 üzv seçiləcək.

 

Sədr postuna namizəd partiyanın icraçı katibi, keçmiş parlament sədri İrakli Kobaxidzedir. Qurultayda həmçinin icraçı və baş katib vəzifələrinə də seçkilər keçiriləcək.

 

Qeyd edək ki, “Gürcü Arzusu”nun keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də istefa verərək siyasətdən getdiyini açıqlayıb.

 

Report

Tarix: 16 Yanvar 2021, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin