BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk əsgərləri Liviyaya göndərilməyə başlanıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk qoşunlarının Liviyaya göndərilməsinəbaşlanıldığını açıqlayıb.



Pravda.az xəbər verir ki, Türkiyə lideri bu barədə “CNN Türk” telekanalı vasitəsilə bildirib.



“Hərbçilərimizin tapşırıqlarına koordinasiya hərəkətləri daxildir. Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının mütəmadi olaraq göndərilməsinə başlanılıb”, - Ərdoğan belə deyib.



Prezident ancaq Türkiyə qoşunlarının artıq Liviyada olub-olmaması barədə heç nə deməyib.

Tarix: 5 Yanvar 2020, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin