BURADA REKLAMINIZ OLA
BİLƏR

Aeroportda əməliyyat keçirildi, saxlanılanlar var

Almaniyanın Frankfurt şəhərinin aeroportu polisin əməliyyat keçirməsi haqqında bildirib.

 

Qeyd edilir ki, dəmiryol vağzalının uzaq məsafəli qatarların keçidi və birinci terminalı qismən bağlanıb.

 

Sərnişinlər aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırılır. Polis əməliyyatın sahibsiz yükün aşkar edilməsi ilə əlaqədar olduğunu bildirib. Yükə baxış keçirilib və onun təhlükəsiz olması aşkarlanıb.

 

Öz növbəsində yerli mətbuat hadisə ilə bağlı iki nəfərin saxlanıldığını, üçüncü şəxsin axtarışlarının davam etdiyini bildirib.

 

Report

Tarix: 16 Yanvar 2021, 23:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin