Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları Dağlıq Qarabağda vəziyyətin gecə-gündüz izlənilməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarəti 27 müşahidə məntəqəsində həyata keçirir.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Rusiya sülhməramlıları noyabrın 23-dən Qarabağda 530 hektar ərazini, 201 kilometrdən çox yolu minalardan təmizləyib, 751 tikilini yoxlayıb və partlayış təhlükəsi olan 23 530 obyekt aşkar olunaraq zərərsizləşdirilib.

 

Nazirlik bölgədə hər hansı insidentin baş verməsi barədə məlumat açıqlamayıb.

 

Report

Tarix: 17 Yanvar 2021, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin