İlqar Məmmədov: “Mərkəzi Banka 450 milyon manat dəyərində yeni inzibati bina tikilməyəcək”

“Mərkəzi Banka 450 milyon manat dəyərində yeni inzibati bina tikilməyəcəyi qənətindəyəm. Təəssüratım odur ki, müharibədən sonra hökumət özü tender nəticələrinin ləğvi yollarını axtarır”.

 

Pravda.az xəbər verir ki, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

“Əlbəttə, indiki bina Bakının simasını korlamış ilk yeni tikililərdən biridir. Onun ən azından rəngləri dəyişməlidir. İmkan varsa, ona başqa memarlıq dəyişiklikləri də eləmək olar, hətta tam sökmək də mümkündür. Amma onun əvəzinə 450 milyon manat verib yenisini tikmək heç bir çərçivəyə sığmır. Layihənin ləğv olunacağı haqda məntiqli gözləntim doğrudursa, bunun hansı rəsmiyyətlə ediləcəyi maraqlıdır. Dövlət vəsaiti tenderin qalibi olan şirkətə Qarabağın dirçəldilməsi layihələri üçün də ayrıla bilər. Bu, daha məntiqlidir və hər kəsi razı salacaq bir həll yolu olar” – İ.Məmmədov qeyd edib.

Tarix: 17 Yanvar 2021, 00:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin