TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdamda - FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.

 

Pravda.az xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdam şəhərinin xarabalıqlarına baxıb, Cümə məscidini və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin məqbərəsini ziyarət ediblər.

 

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

 

Heyət Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.




 

Azərtac

 

Tarix: 17 Yanvar 2021, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin