BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı məlumat yaydı - VİDEO

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

 

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

 

Komissiya tərəfindən həftə ərzində cəmi 1953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.

 

Tarix: 17 Yanvar 2021, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin