Həkim: “Peyvənd sonsuzluq, impotensiya, göz qıyılma, ağız əyilmə yaratmasa, tapsaz edərsiniz”

“Çox deyirdiniz peyvənd istəmirik. Gedin, heç biz də sizi peyvənd etmirik. Birinci özümüzü edəcəyik. Bir də ağsaqqal və ağbirçəklərimizi... Peyvəndin qaymaq yeri bizimdir Gördünüz? Yeməyənin payını yeyərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu həkim Aydın Əliyev deyib.

 

“Əgər peyvənd qalsa, baxacayıq, görək kim özünü yaxşı aparsa, ona da edərik. Qoy nə olsa bizə olsun. Onsuzda bizə olan olub. Di qalın peyvəndsiz. Bir-iki həftə bizi izləyin, əgər bizdə sonsuzluq, impotensiya, saç tökülmə, göz qıyılma, ağız əyilmə, çin ləhcəsi, cikkildəmə, çippildəmə və s. yaranmasa, siz də tapsaz edərsiniz” – A.Əliyev qeyd edib.

 

Qeyd: Həkimin bunu ironik tərzdə yazıb.

Tarix: 17 Yanvar 2021, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin