BURADA REKLAMINIZ OLA
BİLƏR

Navalnı Moskvaya qayıdan kimi saxlanıldı

Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb.

 

Pravda.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib.

 

Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

 

Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq.

Tarix: 17 Yanvar 2021, 22:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin