BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda süpürgəçi qadını avtomobil vurdu

Bakının Nəsimi rayonun yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Füzuli küçəsi 53 ünvanında qeydə alınıb.

 

1964-cü il təvəllüdlü İsmayılova Həcər Sadıq qızı yol süpürən zaman onu minik avtomobili vurub. Hadisə şahidlərinin köməkliyi ilə qadın xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsi və qarnının küt travması, o cümlədən diz qapağının sınığı diaqnozu qoyulub.

 

Qeyd edək ki, H.İsmayılova Nəsimi Rayon Mənzil Kommunnal Təsərüffat Birliyinin əməkdaşıdır.

 

APA

Tarix: 18 Yanvar 2021, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin