BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiyalar artırılacaq - Nazir müavini açıqladı

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur.

Pravda.az-ın xəbərinə görə, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov qeyd edib ki, ilin əvvəlində pensiya indeksləşdirilərsə, yanvarın sonunda artıq pensiyanın artım məbləği barədə rəqəm söyləyə biləcəklər.

Tarix: 18 Yanvar 2021, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin