BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda çovğun bu səbəbdən olacaq - Umayra Tağıyeva açıqladı

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olan amil Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsidir.

 

Pravda.az-ın xəbərinə görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, yanvarın 19-da axşam soyuq atmosfer cəbhəsinin paytaxta yaxınlaşması nəticəsində burada hava şəraiti dəyişəcək. Paytaxtda havanın yağıntılı olacağı, sonrakı günlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir:

 

"Həm küləkli hava şəraiti, həm də sulu qarın yağması nəticəsində yanvarın 20-də axşam saatlarında, yanvarın 21-də gecə və səhər saatlarında havanın çovğunlu olacağı ehtimalı var. Yanvarın 21-də, 22-də şəhərətrafı yolların buz bağlayacağı istisna edilmir".

 

U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında bu proses bir qədər tez başlayacaq:

 

"Bu gün axşam saatlarından başlayaraq, əvvəlcə respublikanın qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağıntılı və qarlı olacağı gözlənilir. Yanvarın 19-dan 21-i gündüzədək bu prosesin bütün bölgəni əhatə etməsi və bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur.

 

Trend

Tarix: 18 Yanvar 2021, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin