BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabaha olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

 

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65% olacaq.

 

Azərbaycanın rayonlarında da yanvarın 7-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Tarix: 6 Yanvar 2020, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin