BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əli Həsənova da artıq cinayət işi açılıb” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun Bakıya gətirilməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb. Əli Həsənov isə yayılan xəbərlərə münasibət bildiriərək qeyd edib ki, oktyabrın 1-dən etibarən Bakıdadır, ev şəraitində müalicə olunur və yaradıcılıq fəaliyyətini davam etdirir. Jurnalistlərin evlərinin və ayrılan maliyyənin mənimsənilməsində Vüqar Səfərlinin Əli Həsənovla əlbir olması iddia olunur. Məhz buna görə də Əli Həsənovun da həbsinin gözlənildiyi barədə məlumatlar səngimək bilmir.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı fikirlərini bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu gün Əli Həsənovun hansı cinayəti törətdiyini heç kim deyə bilməz: “Vüqar Səfərlinin verəcəyi açıqlamalardan çox şey asılıdır. Biz o məsələləri gündəmdə saxlamalıyıq.

Bütün bu məsələlərdə Azərbaycan Respublikasının qanunları ali olacaq. Məndə olan məlumata görə Əli Həsənova da artıq cinayət işi açılıb. Əli Həsənovun jurnalistlərə verilən evlərin paylanması, ayrılan pulların yeyilməsində əli var. Düşünürəm ki, Əli Həsənov normal şəkildə ölkəyə gətirilməyib. Yəqin ki, kimlərsə onun əməlləri barədə məlumat verib. Yaxın günlərdə bu barədə geniş məlumat veriləcək. Əgər Əli Həsənov vəzifəsindən istifadə edib, korrupsiya hallarına yol veribsə, həbs edilməlidir. Qanun ham üçün alidir. Gərək belə olmayaydı. Bu cür qanun pozuntusuna yol verən insanlar anlamalıdır ki, qanun qarşısında cavab verəcək. Ramiz Mehdiyev tərəfindən də bəzi mətbuat orqanlarına 50 min dollar pul ayrılırdı. Bütün bu məsələlər də ciddi araşdırılmalıdır. Əli Həsənovun da həbsi reallaşır. Hedab edirəm ki, yaxın vaxtlarda bu barədə ciddi açıqlamalar olacaq”.

 

KONKRET.az








Tarix: 19 Yanvar 2021, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin