BURADA REKLAMINIZ OLA
BİLƏR

Qoşulub qaçan qudalarla bağlı yeni detallar - VİDEO

Ağdaş rayonunda qohum olmağa hazırlaşan və qoşulub qaçan qudalarla bağlı yeni detallar üzə çıxıb.

 

Pravda.az xəbər verir ki, sözügedən hadisə ilə bağlı “Space TV” reportaj hazırlayıb.

 

Məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul götürüb.

 

Məsələ qudaların yazışmalarının ələ keçməsi ilə açılıb.

 

İllərdir, nişanlı olan gənclər toylarına az qalmış belə bir hadisə ucbatından ayrılmaq məcburiyyətində qalıblar.

 

Qeyd edək ki, 29 dekabrda Ağdaş rayonunun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

 

Tarix: 6 Yanvar 2020, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin