BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Pravda.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.

 

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Fotoları təqdim edirik
Tarix: 20 Yanvar 2021, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin