BURADA REKLAMINIZ OLA
BİLƏR

Mariya Şarapovadan Avstraliyadakı meşə yanğınlarına dəstək

Rusiyalı tennisçi Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 25 min dollar vəsait ayırıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə o, Tvitter səhifəsində məlumat verib.

 

“Son 15 ildə Avstraliya yanvarda bir aylıq mənim evim olurdu (bu müddət ərzində “Australian Open” keçirilir – red.). Yanğınların torpaqları, gözəl ailələri və heyvanları necə məhv etdiyini görmək çox ağırdır. Mən 25 min dollar məbləğində iyanə etmək istərdim”, - Şarapova yazıb.

 

Qeyd edək ki, yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi və 3 min inzibati və təsərrüfat tikililəri məhv olub. Bundan başqa, yanğında 23 insan, 3 yanğınsöndürən, 8 minədək koala, yüz minlərlə digər növ heyvanlar ölüb, 6 insan itkin düşüb.

 

Xatırladaq ki, daha əvvəl Avstraliyalı aktrisa Nikol Kidman və müğənni Pink ölkədəki meşə yanğınları ilə mübarizəyə hər biri 500 min ABŞ dollar olmaqla ümumilikdə 1 milyon dollar vəsait ayırmışdı.

Fotoları təqdim edirik
Tarix: 6 Yanvar 2020, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin