BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç yerdə xalq hakimiyyəti yoxdur və heç arzuolunan da deyil” – Əkrəm Həsənov

“Dünyaya sırınan demokratiya modeli saxtadır. Dildə deyirlər ki, guya həmin model sırf xalq hakimiyyətinə söykənir. Yəni xalq nə desə, o da olmalıdır. Amma məsələn, Misirdə, Macarıstanda və digər ölkələrdə xalqın iradəsini sonradan faktiki olaraq səhv elan edirlər. Yəni guya hansısa ümumqəbul olunmuş dəyərlər var və onlar xalqın iradəsindən də üstündür. Həmin dəyərlərin mahiyyətini məhz özləri müəyyən edir. Tramp göstərdi ki, sən demə həmin dəyərləri heç ABŞ-da da hamı bölüşmür. Buna görə də onu güzümçıxdıya saldılar. Hətta söz azadlığını da məhdudlaşdırdılar. Mübahisəli seçki keçirdilər. Hətta Bayden həqiqətən qalib gəldisə belə, seçki kampaniyasında tərəflərə bərabər şərait yaradılmadı. Bütün bunlara görə digər ölkələrdə rəngli inqilab törədənlər ABŞ-da eyni (əslində xeyli zəif) əməlləri qiyam adlandırdı. Yəni ikili standartlar üzə çıxdı...”

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov bildirib ki, heç yerdə xalq hakimiyyəti yoxdur və heç arzuolunan da deyil: “Əsl xalq hakimiyyəti olan yerdə varlı insan qalmaz: Xalq əmlaklarını əlindən alar. Buna görə də hər dövləti elita idarə edir. Elitanın oyun qaydalarına, ideologiyasına qarşı çıxan cəzalandırılır. ABŞ-da da belə oldu. Təbii, elita çərçivəsində hansısa seçkilərin olması yaxşı haldır. Bu və ya digər şəkildə belə seçkilər çox ölkədə var. Məsələn, İranla (İran rejimini bəyənmədimi qabaqcadan qeyd edirəm) ABŞ-ın nə fərqi var? İranda namizədlər mollaların süzgəcindən keçir, ABŞ-da - iri kapitalın... Bizi kimi ölkələrə sırınan model isə elitaların məhvinə yönəlib. Yəni bizim xalqlarımıza sanki deyirlər ki, dağıdın, istədiyinizi edin. Reallıqda sadəcə ölkələri yiyəsiz qoymaq istəyirlər ki, yerli hökumətlər əllərində oyuncaq olsun. Bəli, ölkələrin yiyəsi elitadır. Sadə xalq (bəziləri kütlə, oxlokratiya adlandırır) yiyə deyil, onu dövlətin sütunlarına bağlayan maraqlar güclü deyil, çünki onun üçün bir nömrəli məsələ gündəlik dolanışığıdır... Əlbəttə, elitalar da ideal deyil. Amma pis elita elitasız qalmaqdan daha yaxşıdır. Əvvəl-axır Platonun idealı - filosofların idarəçiliyi utopiyadır... Dövlətin səmərəliliyi demokratiya ilə birbaşa bağlı deyil. Qayda-qanunun təmin ediməsinə bağlıdır. Buna görə də Sinqapur və BƏƏ, məsələn,  Ukraynadan daha səmərəli dövlətlərdir... Qərb demokratiya sayəsində varlı olmayıb. Müstəmləkələri sayəsində güclənib. O dövrdən aralandıqca Qərb zəifləyir... Facebookun da demokratiya və söz azadlığına sədaqəti son dövrdə tam bəlli oldu”.

Tarix: 20 Yanvar 2021, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin