BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalmaqallı icra başçısı vaksin vurdurdu

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alimpaşa Məmmədov koronavirus əleyhinə peyvənd olunub.

 

Bu barədə Şəmkir RİH-dən məlumat verilib.

 

Qeyd olunub ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında reallaşdırılan vaksinasiya prosesində A.Məmmədov rayonda ilk peyvəndlənən şəxs olub.

 

Məlumata görə, icra başçısı vaksin vurulduqdan sonra 30 dəqiqə gözləmə otağında saxlanılıb və özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.

 

Daha sonra rayonun tibb işçilərinə peyvənd vurulub. Qeyd olunub ki, ümumilikdə, 150-yə yaxın tibbi işçisi peyvəndlənib.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Qeyd olunub ki, peyvənd ilk mərhələdə risk qrupuna aid səhiyyə işçilərinə, 65 yaşdan yuxarı şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətə vurulacaq.

Tarix: 21 Yanvar 2021, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin