BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məktəblər bu tarixdə açılacaq - Tapşırıq verildi

Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

 

Pravda.az-ın xəbərinə görə, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.

 

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

 

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

 

Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.

 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.

 

Report

Tarix: 21 Yanvar 2021, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin