BURADA REKLAMINIZ OLA
BİLƏR

2858 şəhidin şəxsiyyəti tam müəyyən edilib - Xanlar Vəliyev

“Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün keçirilən kollegiya iclasında Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

 

Hərbi prokuror qeyd edib ki, Vətən müharibəsi başladığı tarixdən işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə Respublika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılıb. Ayrı-ayrı vaxtlarda Hərbi prokuror və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş əməliyyatları aparılan bölgələrə ezam olunaraq gündəlik ortaya çıxan məsələlərin, bəzi hallarda Hərbi Prokurorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həll olunması istiqamətində müvafiq zəruri tədbirlərin həyata keçirilməsini təmin ediblər.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib.

 

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.

 

Ötən il xidməti vəzifələrini nümunəvi icra edən əməkdaşlar Baş Prokurorluq və Hərbi Prokurorluq üzrə verilmiş əmrlərlə müvafiq qaydada həvəsləndiriliblər.

 

 

Tarix: 21 Yanvar 2021, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin