BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş nazirə vəzifə verilir - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun və Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədlər bəlli olub.

 

Pravda.az xəbər verir ki, AMEA prezidentinin müşaviri Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun, akademik Arif Həşimovun isə Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.

 

Onların qeyd olunan vəzifələrə təyin olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacaq.

 

Qeyd edək ki, daha əvvəl Fizika İnstitutun direktoru akademik Nazim Məmmədov olub. O, kobud qanun pozuntularına yol verdiyinə görə yanvar ayının əvvəlində vəzifəsindən azad edilib.

 

Xatırladaq ki, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hazırda AMEA prezidentinin müşaviridir. O, bu təyinatdan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru olub.

 

İdris Hüseynli

Fotoları təqdim edirik
Tarix: 21 Yanvar 2021, 23:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin