BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamal Talıbzadəyə vəzifə verildi

Bakı metropoliteninin istismara hazırlanan "8 Noyabr" stansiyasına rəis müavini təyin edilib.

Pravda.az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. Sədrin əmri ilə Kamal Talıbzadə "8 Noyabr" stansiyasının rəis müavini təyin edilib.

Z.Hüseynovun digər əmri ilə stansiyanın tam heyəti də təsdiqlənib. Əmrə əsasən, rəhbər heyətlə əlaqədar stansiya növbətçiləri və digər heyət müəyyənləşib.

Xatırladaq ki, bir müddət əvvəl Yusif Şabanov "8 Noyabr" stansiyasının rəisi təyin edilmişdi.

Tarix: 22 Yanvar 2021, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin