BURADA REKLAMINIZ OLA
BİLƏR

“Biz də çox pul qazana bilmirik, amma kiminsə qapısını döyüb, nəsə istəmirik” – Ayan

"Tanınmış insanlar fərqli, rahat həyata öyrəşib. Həyatımız dəyişəndə psixologiyamız pozula bilər. Hər gün efirə çıxıramsa, salona getməli, hər dəfə yeni paltar geyinməliyəm. Həyat yoldaşım məni daşıya bilmirsə, artıq uğursuzluqdur".

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Birə-bir" verilişində deyib. İfaçı "Kasıb oğlanla ailə qurarsınız" sualına cavab verib:

 

"İstədiyim hər şeyi təkbaşıma edirəmsə, onda tək qalım. Həyat yoldaşım olsun xatirinə ailə qurum, sonra böyük biabırçılıqla ayrılım. Desəm ki, mənə baxa bilmədi, ona görə ayrıldım, lap gözdən düşərəm. Həyatımı tək davam edim, istədiyimi yaşaya bilim.

 

Amma mən sevdimsə, heç nəyə baxmadan ailə quraram. Maddi durumu nəzərə almayacam. Amma bilirəm ki, uğursuz olacaq. Sonra başlayacaq mənə sərhədlər qoyacaq, kişi qürurlu olur: bura getmə, onu etmək olmaz. Sonra? Sənətim donur və şəxsi həyatım uğursuzlaşır.

 

Kişi daşdan da pul çıxartmalıdır. Əgər etmirsə, uğursuzdur. Bu gün biz də çox pul qazana bilmirik. Amma gedib kiminsə qapısını döyüb, nəsə istəmirik. Özümüzü idarə edirik".

Tarix: 22 Yanvar 2021, 23:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin