BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazovdan Həzi Aslanovun yerinə təyinat

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis təyin edib.

 

Pravda.az xəbər verir ki, nazir bununla bağlı əmr imzalayıb. Nazirin əmrinə əsasən, bu vəzifəyə Lənkəran Şəhər Polis Şöbəsinin rəisi İslam Hümbətovu təyin edilib.

 

Qeyd edək ki, daha öncə bu vəzifədə Həzi Aslanov olub. Bir neçə gün öncə nazirin əmri ilə Həzi Aslanov həmin vəzifədən azad edilərək, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Tarix: 14 Noyabr 2019, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin