Ermənistan özbaşına, heç bir yerdən dəstək almadan yenidən “cəsarətlənə” bilməz. Amma bu gün ermənilərə müəyyən dairələrdən fitva verənlər, revanşa səsləyənlər var. Bu dövləti yenidən ağır zərbə ilə üz-üzə qoymaq istəyənlərin məqsədi başqadır.
Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun fikrincə, tarixən Türkiyə ərazisində, istərsə də digər bölgələrdə erməniləri qızışdırıb onlardan vasitə kimi istifadə olunduğu faktlar var: “Onlara vəd verilirdi ki, Türkiyəyə qarşı üsyan qaldırın arxanızdayıq. Fransa ordusunda “erməni legionu” və sair yaratmışdılar. Onları ən həssas yerdən vururdular. Ermənilərin ən zəif nöqtəsi dövlətçiliklərinin olmamasıdır. Onlara vəd vermişdilər ki, bu proseslərdə iştirak edin, sizə dövlət yaradacağıq”.
Deputat bu gün də Ermənistana fitva verənlərin olduğunu söyləyib: “Amma onlar düşünməlidir ki, bu cür fitnəkarlıqlara görə hansı müsibətlərlə qarşılaşıblar. Onların bu cür riyakarlıqlara açıq olması, sonda məhvlərinə səbəb olacaq. 44 gündə olanları dərk etmək əvəzinə revanş havasına düşüblər. Doğrudan da sağlam düşüncəli insanların belə bir avantürada olması qeyri-mümkündür”.
Elman Məmmədov 44 günlük müharibədən sonra Azərbaycan ərazisində zərərsizləşdirilmiş və saxlanılmış terrorçuların hərbi əsir kimi adlandırılmasının yolverilməz olduğunu söyləyib: “Beynəlxalq qanunlar var. Bu qanunlara görə, heç bir dövlət qeyri-qanuni silahlı birləşmələrə görə məsuliyyət daşımır. 10 noyabr razılaşmasından sonra Azərbaycanın qanuni ərazisində həbs edilmiş erməni terrorçuları beynəlxaq hüququn müddəalarına görə cəzalanacaq. Ermənistan rəhbərliyinin onların hərbi əsir kimi qeydə alınmasına çalışması əbəsdir. Çünki bu silahlıları həmin ərazilərə göndərmək qanunlara, beynəlxalq hüquqa zidd idi. İndiki halda bu məsələ ətrafında müəyyən manipulyasiyalar həyata keçirmək qəbul olunmur”.
Millət vəkili deyib ki, müharibə bitdikdən sonra həbs olunan erməni terrorçularını hansı ölkə ərazisində olur-olsun həmin ölkə qanunlarına uyğun formada cəzalanacaq: “Bu günlərdə erməni XİN rəhbərinin yenidən “statusla” bağlı fikirlərinin də heç bir əsası yoxdur. Bu cür avantüralarda olmaqdansa, yaranmış reallığa uyğun hərəkət etsələr daha yaxşı olar. Çünki yeni reallıq onlar üçün də faydalı görünür. Kimlərsə ermənilərin taleyindən çox narahatdırsa, bunu öz ölkələri və qanunları çərçivəsində imkan yaratsınlar. Azərbaycan ərazisində hər hansı bir qüvvənin kiçik bir toplum üçün imtiyaz arzulaması beynəlxalq hüququn müddəalarına ziddir”.
Teleqraf.com
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
24 Aprel 18:31
24 Aprel 18:29
24 Aprel 18:26
24 Aprel 17:44
24 Aprel 17:32
24 Aprel 17:10
24 Aprel 16:49
24 Aprel 16:44
24 Aprel 16:41
24 Aprel 16:39
24 Aprel 16:32
24 Aprel 16:27
24 Aprel 16:18
24 Aprel 16:04
24 Aprel 15:44
24 Aprel 15:38
24 Aprel 14:59
24 Aprel 14:57
24 Aprel 14:56
24 Aprel 14:55
24 Aprel 14:54
24 Aprel 14:51
24 Aprel 14:29
24 Aprel 14:27
24 Aprel 14:24
24 Aprel 14:23
24 Aprel 14:21
24 Aprel 14:17
24 Aprel 14:10
24 Aprel 14:08
24 Aprel 14:06
24 Aprel 14:04
24 Aprel 14:03
24 Aprel 14:01
24 Aprel 14:00
24 Aprel 13:59
24 Aprel 13:56
24 Aprel 13:43
24 Aprel 13:37
24 Aprel 13:26
24 Aprel 13:19
24 Aprel 13:10
24 Aprel 13:08
24 Aprel 13:02
24 Aprel 12:43
24 Aprel 12:40
24 Aprel 12:35
24 Aprel 12:17
24 Aprel 12:14
24 Aprel 12:11
24 Aprel 12:10
24 Aprel 12:08
24 Aprel 11:49
24 Aprel 11:41
24 Aprel 11:37
24 Aprel 11:25
24 Aprel 11:23
24 Aprel 11:21
24 Aprel 11:19
24 Aprel 11:04
24 Aprel 11:02
24 Aprel 10:56
24 Aprel 10:20
24 Aprel 10:18
24 Aprel 10:16
24 Aprel 09:44
24 Aprel 09:30
24 Aprel 09:20
24 Aprel 09:19
24 Aprel 09:18
24 Aprel 09:15
24 Aprel 08:42
24 Aprel 08:36
24 Aprel 08:34
24 Aprel 08:33
24 Aprel 08:32
24 Aprel 08:30
24 Aprel 08:27
24 Aprel 08:24
24 Aprel 08:20
24 Aprel 08:16
24 Aprel 08:12
24 Aprel 08:09
24 Aprel 08:08
24 Aprel 08:04
24 Aprel 08:03
24 Aprel 08:01
24 Aprel 07:29
24 Aprel 07:27
24 Aprel 07:26
24 Aprel 04:33
24 Aprel 04:31
24 Aprel 04:30
24 Aprel 04:28
24 Aprel 04:24
23 Aprel 23:56
23 Aprel 23:49
23 Aprel 23:27
23 Aprel 23:23
23 Aprel 23:11
23 Aprel 23:05
23 Aprel 23:00
23 Aprel 22:52
23 Aprel 20:10
23 Aprel 20:08
23 Aprel 20:07
23 Aprel 20:06
23 Aprel 20:04
23 Aprel 20:02
23 Aprel 19:59
23 Aprel 19:57
23 Aprel 19:46
23 Aprel 19:42
23 Aprel 19:06
23 Aprel 19:05
23 Aprel 19:03
23 Aprel 18:58
23 Aprel 18:57
23 Aprel 18:53
23 Aprel 18:51
23 Aprel 18:49
23 Aprel 18:23
23 Aprel 18:10
23 Aprel 18:01
23 Aprel 18:00
23 Aprel 17:59
23 Aprel 17:56
23 Aprel 17:54
23 Aprel 17:52
23 Aprel 17:49
23 Aprel 17:47
23 Aprel 17:40
Ən son xəbərləri səhifəmizdən də izləyin