Vilayət Eyvazov Samir Həsənovla bağlı əmr verdi

Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.

 

Pravda.az-ın məlumatına görə, S. Həsənov bir müddət idi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edirdi. Daha öncə isə o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsində işləyib. Hazırda Nizami rayon Polis İdarəsinə təyinat yoxdur.

 

APA

Tarix: 23 Yanvar 2021, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin