Nazir Rövşən Əkbərovun bacısı oğlunu işdən çıxardı

Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.

Pravda.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, General-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Unikal.org-un isə məlumatına görə, S.Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

Tarix: 23 Yanvar 2021, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin