"Ermənistan soydaşıma qarşı savaşırsa, biz dəstək verməyəcəkdikmi?" - Ərdoğan

"Pilotlu, pilotsuz təyyarələrimiz bütün dünyada təqdir olunur. Ən son 44 günlük Qarabağ savaşında bu təyyarələrimizin böyük xidməti olub".

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 5-ci istehsalı olan “İstanbul” savaş gəmisinin dənizdə ilk səyahətə açılış mərasimində danışarkən deyib.

 

Prezident bildirib ki, bu təyyarələrin istehsalı üçün Kanadadan aldıqları kameraların artıq verilməməsi də Türkiyəni yerli kamera istehsalına yönəldib: "Pis qonşular bizi ev sahibi etdi. Guya Türkiyə ilə NATO-da müttəfiqik, bu kameraları bizə satmadılar ki, niyə bu silahlarınız Ermənistana qarşı vuruşur. Amma Ermənistan bizim dostumuza, mənim soydaşlarıma qarşı savaşır, biz dəstək verməyəcəkdikmi?".

 

Ərdoğan deyib ki, Türkiyə artıq öz müharibə gəmisini qura bilən 10 ölkə arasında yer alır, pilotsuz təyyarə istehsalı üzrə isə ilk 3 ölkə arasındadır.

Tarix: 23 Yanvar 2021, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin