BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyasi mühacir Daşqın Ağalarov Polşada saxlanıldı

Azərbaycanlı siyasi mühacir Daşqın Ağalarov bu gün Polşanın Qdansk şəhərində aeroportda saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hazırda Almaniyada yaşayan, jurnalist Çingiz Sultansoy özünün "facebook" səhifəsində məlumat verib.

 

Ç.Sultansoy qeyd edib ki, saxlanma İnterpolun sorğusu əsasında aparılıb və onu Azərbaycana deportasiya edəcəklər.

 

Qeyd edək ki, Daşqın Ağalarov mühacir telekanalı “Turan TV” ilə əməkdaşlıq edir. Əsasən Tbilisidə yaşayıb, digər siyasi mühacirləri dəstəkləyib.

Tarix: 6 Yanvar 2020, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin