BURADA REKLAMINIZ OLA
BİLƏR

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - AUDİO

“Bu danışıq 3 ay əvvəl  reket jurnalist Rafaellə mənim aramda olub. Reket jurnalist 4-5 ay əvvəl mədəsinin, bağırsağının endoskopiya və kolonoskopiya şəkillərini çəkib atıb rəhbərliyə, yardım istəyib. Dəfələrlə rəhbərliyə və mənə zəng edib, votsapda yazıb. Sözün əsl mənasında bezdirib. İstəyi alınmayanda qərəzə keçib, istirahət günü rəhbərliyə zəng edib. Sonra zəng edib, mənimlə uzun-uzadı danışıb və məni hövsələdən çıxarıb. Sonra məni şantaj etməyə başladı ki, səs yazısını yayacam, gəl görüşək mən isə birmənalı onu rədd etdim. 3 aydan sonra səs yazısını yaydı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayılan səs yazısına münasibət bildirərkən deyib.

 

A.Cəbrayıllı bildirib ki, Azərbaycan nəşriyyatında hamının yaxşı tanıdığı rafaelin həyat yolu belədir: “Şantaj etmək, yolçuluq və dilənçilik etmək. Onun da məndə səs yazıları var (özü göndərib), yalvarışlı mesajları var. Amma mənim  onları və onun haqqında bildiklərimi yaymaq fikrim yoxdur”.

 

Tarix: 24 Yanvar 2021, 19:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin