“Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.
Pravda.az-ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.
İran XİN başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır: “Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”.
M. C. Zərif bildirib ki, energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr onlar üçün prioritet təşkil edir və İran şirkətləri işə başlamağa hazırdır: “Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunub və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
9 May 03:20
9 May 00:52
8 May 23:06
8 May 21:20
8 May 19:28
8 May 19:18
8 May 19:15
8 May 19:11
8 May 18:47
8 May 18:29
8 May 18:27
8 May 18:05
8 May 17:46
8 May 17:10
8 May 17:09
8 May 17:09
8 May 17:02
8 May 16:56
8 May 16:10
8 May 16:06
8 May 15:54
8 May 15:38
8 May 15:18
8 May 15:09
8 May 14:48
8 May 14:44
8 May 14:38
8 May 14:08
8 May 13:59
8 May 13:16
8 May 12:47
8 May 12:45
8 May 12:37
8 May 12:28
8 May 12:24
8 May 12:21
8 May 12:09
8 May 11:38
8 May 11:33
8 May 11:14
8 May 10:50
8 May 10:45
8 May 10:36
8 May 10:18
8 May 09:54
8 May 09:52
8 May 09:51
8 May 09:32
8 May 09:30
8 May 09:10
8 May 08:55
8 May 08:46
8 May 08:45
8 May 08:30
8 May 08:27
8 May 08:24
8 May 08:21
8 May 08:19
8 May 08:12
8 May 08:01
8 May 07:26
8 May 07:23
8 May 01:21
8 May 01:20
8 May 00:23
7 May 22:47
7 May 22:33
7 May 20:43
7 May 19:37
7 May 18:51
7 May 17:58
7 May 17:47
7 May 17:43
7 May 17:39
7 May 17:13
7 May 16:51
7 May 16:49
7 May 16:39
7 May 16:38
7 May 16:09
7 May 16:07
7 May 16:06
7 May 16:02
7 May 15:56
7 May 15:55
7 May 15:37
7 May 15:36
7 May 15:25
7 May 15:00
7 May 14:32
7 May 14:27
7 May 14:14
7 May 13:51
7 May 13:19
7 May 13:08
7 May 13:00
7 May 12:58
7 May 12:48
7 May 12:32
7 May 12:29
7 May 12:27
7 May 12:17
7 May 12:06
7 May 12:05
7 May 11:55
7 May 11:37
7 May 11:25
Ən son xəbərləri səhifəmizdən də izləyin