BURADA REKLAMINIZ OLA
BİLƏR

“Samir Şərifov, sənin işin siyasət deyil, kalkulyatoru qoy qarşına, hesabatını apar”

“Deyir ki, qarın altında yatmaqla Bakıda isti kabinetdə oturmaq eyni şeydir. O zaman təklif edirəm ki, Maliyyə naziri Kəlbəcərdə ofis tikdirsin, xidmət etsin. Edə bilərmi? Bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

“Maliyyə Nazirliyi yaydığı açıqlamada bildirir ki, bəzi siyasi partiya nümayəndələrinin ordu və ordunun təminatı üzərindən populistik, emosional çıxış etmələrini pisləyirik. Sən kimsən? Samir Şərifov, sənin işin siyasət deyil, kalkulyatoru qoy qarşına, hesabatını apar. Tənqid etməyim? Belə çıxır ki, Prezident Administrasiyası bunlardan az bilir... Administrasiya partiyaların gücləndirilməsi, çoxpartiyalı sistemin təkmilləşdirilməsi, cəmiyyətdə rolunun artırılması istiqamətində çalışır. Biz onların oğurluqlarını pisləyirik. Deyirlər ki, emosional danışma. Gəzdiyiniz 500 minlik avtomobilə cızıq düşəndə ürəyiniz partlayır... Camaat dağlarda, dərələrdə canını qoyub. Əsgər niyə prezidentə müraciət etməlidir ki, maaşımızı azaltmayın? Əsgərin haqqını yemək olmaz. Bu, dövlətə xəyanət deyil, nədir?” – T.Abbaslı qeyd edib.

Tarix: 26 Yanvar 2021, 00:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin