BURADA REKLAMINIZ OLA
BİLƏR

Ay tutulacaq

Yanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk Ay tutulması  baş verəcək.

 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Pravda.az-a verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

 

Qeyd: 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Tarix: 7 Yanvar 2020, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin