BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda avtomobil yük maşınının altında qaldı - FOTO

Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda ağır yol qəzası baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə "VAZ" dairəsi kimi tanınan ərazidən Saray istiqamətinə gedən yolda qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Avtomobil qoşqunun təkərləri altında qalıb. Avtoqəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır xəsarət alıb.

 

APA

 

Tarix: 26 Yanvar 2021, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin