BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə: Fevralın 15-dək...

Bu il yanvarın 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinin vaxtı uzadılıb.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

 

Bildirilib ki, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi fevralın 15-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən təmin olunacaq.

Tarix: 26 Yanvar 2021, 20:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin